Fontu böyüt:
Rabitə və informasiya texnologiyaları nazirliyindən APA-ya verilən məlumata əsasən məlumata görə, bunun üçün layihənin aidiyyəti strukturlar tərəfindən təsdiqlənməsi lazımdır.
Avropa ölkələrində nömrəni dəyişmədən operatoru dəyişmək imkanı mövcuddur, Türkiyədə isə bu xidmətin tətbiqinə ötən ilin sonunda başlanılıb. Azərbaycanda artıq bununla bağlı müvafiq qaydaların layihəsi mobil rabitə operatorları ilə razılaşdırılaraq hazırlanıb. Yaxın vaxtlarda bu qaydaların təsdiq edilməsi gözlənilir və bundan sonra istifadəçilərə nömrənin daşınması üzrə xidmətlərin göstərilməsi üçün lazımi avadanlıqların tətbiqinə başlanılacaq.
Bununla yanaşı, mobil rabitə operatorlarının şəbəkələrində əlavə avadanlıqların quraşdırılması ilə bağlı artıq danışıqlar aparılıb, təchizatçı şirkətlər tərəfindən təkliflər təqdim edilib, texniki cəhətdən infrastrukturun hazırlığı üçün lazım olan məlumatlar toplanılıb. Hazırda Nazirlik yeni xidmətin tətbiqi dövründə problemlərlə üzləşməmək üçün Türkiyə təcrübəsini öyrənir və ciddi araşdırmalar aparır.