Fontu böyüt:
ABŞ-dan fəzaya yüksək tələblərə cavab verən fotokameralarla peyk buraxılıb.
GeoEye-1 Peyki yerə ağ-qara və rəngli şəkillər buraxa bilər. Qeyd olunur ki, o, Yerin səthinin 40 sm-dən böyük olmayan ağ-qara şəkilini çəkə bilər. Rəngli şəkillərin çəkilişi nisbətən azdır.
Peykin buraxılışı Delta 2 raket daşıyıcısının köməyi ilə həyata keçib. Peyk 680 km hündürlükdədir və sutkada Yer ətrafında 10-dan çox dövrə vurur.
GeoEye-1 peykinin hazırlanması və buraxılışı 500 milyon dollardan da baha başa gəlib. Peykin kartoqrafiyada, kənd təsərrüfatında və hərbi işlərdə istifadə olunması nəzərdə tutulur.