İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30.12.2008 [11:18]

Fontu böyüt:      

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”-Nuşirəvan Məhərrəmli MTRŞ-nın bunun üçün lazım olan hər şeyi edəcəyini deyib.


“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”-Nuşirəvan Məhərrəmli MTRŞ-nın bunun üçün lazım olan hər şeyi edəcəyini deyib.
  “Milli Televiziya və Radio Şurası Azərbaycanın efir məkanında Azərbaycan dilinin tam istifadə olunması üçün bütün lazım olan işləri görəcək”.

  APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, şuranın bu gün keçiriləcək iclasında telekanallarda Azərbaycan dilinin işlənməsinə dair qəti qərar veriləcək: “Bu il yanvarın 8-də verdiyimiz qərara əsasən, Azərbaycanın televiziya məkanında bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır. Bu qərar türk filmləri də daxil olmaqla bütün filmlərə və verilişlərə aid olmalıdır. Siz heç türk televiziyalarında Azərbaycan dilində yayımlanan film görmüsünüz?”

  Şura sədrinin sözlərinə görə, qəbul ediləcək qərarda bəzi istisnalar da olacaq: “İndi də o fikirdəyik ki, istisnalar olmalıdır. Yəni maarifləndirici xarakterli verilişlər, xəbərlər buraxılışları, xüsusi ictimai-siyasi əhəmiyyət kəsb edən verilişlərin yayımında əcnəbi dillərə icazə veriləcək. Amma xarici dildə yayımlanan xəbərlərin özünün də titrlə yayımlanmasının tərəfdarıyıq. Əks halda onların da yayımı dayandırılacaq. Ekranın aşağısında tərcümə hökmən olmalıdır. Azərbaycan efirində səslənən bütün fikirlər tərcümə olunmalıdır”.

  N.Məhərrəmlinin sözlərinə görə, intellektual xarakterli oyunların da titrlər vasitəsilə tərcüməsi verilməlidir: “Biz bu fikirdəyik, amma qərarı sabah verəcəyik”.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar