Fontu böyüt:
Statistik göstəricilərə görə, Nokianın ən çox satılan telefonlarının aşağı və orta səviyyəli telefonlar olduğu ortaya çıxıb.
Ən son araşdırma isə, Nokia şirkətini özündən çıxardıb. Belə ki, araşdırmanın nəticələrinə görə, Nokia şirkəti son texnologiyalarla ayaqlaşa bilmədiyi və ağıllı telefon bazarında geridə qaldığı iddia edilib. IDC-nin araşdırmasına görə, 2009-cu ildə Hindistanda mobil telefon istifadəçilərinin 54%-i Nokia telefonlarından istifadə etdiyi halda, bu il bu rəqəm 36,3% daha sonra isə 20% geriləyib. Araşdırmanın nəticələri ilə razılaşmayan Nokia, rəqəmlərin gerçək olmadığını və bunun qara piar olduğunu söyləyib.