İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell” şirkəti və ABŞ səfirliyi azərbaycanlı jurnalistlər üçün ingilis dili kursları keçirir

04.02.2009 [13:02]

Fontu böyüt:      

“Azercell”-dən Xeberler.az-a verilən məlumata görə, “Azercell Telekom” MMC və ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlər üçün ingilis dili üzrə xüsusi kurslara sənədlərin qəbulunun başladığını elan edir.

“Azercell”-dən Xeberler.az-a verilən məlumata görə, “Azercell Telekom” MMC və ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlər üçün ingilis dili üzrə xüsusi kurslara sənədlərin qəbulunun başladığını elan edir. Yeddi ay davam edəcək kurs ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq. Bu müddət ərzində media nümayəndələrinə ingilis dili öyrədilməklə yanaşı bu dildə xəbər hazırlamaq və məqalə yazmaq  bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də dərslər keçiriləcək.

Kurslarda çap, elektron və teleradio KİV-də çalışan peşəkar jurnalistlər iştirak edə bilərlər. İngilis dili təlimləri bu ilin fevral - avqust aylarında Bakıda keçiriləcək. Bir neçə dil səviyyəsi olan jurnalistlər üçün nəzərdə tutulmuş kurslarda iştirak etmək məqsədilə  namizəd seçiləcək və onlarla Seçim Komitəsi tərəfindən müsahibə aparılacaq.

Kurslarda iştirak etmək istəyənlərin jurnalistikada ən azı iki il iş təcrübəsi olmalıdır. Bundan əlavə, KİV nümayəndələri 7 aylıq kurslarda müntəzəm iştirak edəcəklərinə dair təmsil etdikləri qurumun rəhbərinin məktubunu və son 3 ay ərzində hazırladıqları jurnalist materiallarının nümunələrini təqdim etməlidirlər. Təlimlərdə iştirak şərtləri ilə ətraflı tanış olmaq, ərizə formasını doldurmaq üçün www.azercell.com ünvanına müraciət etmək mümkündür.
          
Qeyd edək ki, “Azercell Telekom” MMC ötən il də jurnalistlər üçün ingilis dili kursları təşkil etmişdi. İlk təlimdə üç səviyyə üzrə 30-dan çox KİV nümayəndəsi dil bacarıqlarını artırmaq imkanı qazanmışdı.
          
Bu kurslar şirkətin Azərbaycanda keyfiyyətli jurnalistikanın inkişafına yönələn və “İnkişafı Paylaşmaq Platformu” adlanan yeni strategiya çərçivəsində reallaşdırılır. 2007-ci ilin əvvəlindən etibarən həyata keçirilən bu strategiyanın əsas məqsədi regionun aparıcı telekommunikasiya şirkəti kimi “Azercell”in əldə etdiyi inkişafı cəmiyyətin güzgüsü sayılan mətbuatla paylaşmasından ibarətdir. İndiyə qədər “İnkişafı Paylaşmaq Platformu” strategiyası çərçivəsində müstəqil və güclü medianın inkişafına yönələn müxtəlif layihələr həyata keçirilib.


xeberler.az /Nigar İmanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar