Fontu böyüt:
AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan İnternetində gerçəkləşdirilməsi vacib hesab olunan işlərlə bağlı Təklifləri Müsabiqənin Təşkilat Komitəsinə göndərib.
Məlum olduğu kimi AİF “Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan İnternetinin effektiv fəaliyyəti, burada yarana biləcək problemlər və onların həlli istiqamətində Təkliflər layihəsi hazırlayaraq onun ictimai müzakirəsini təşkil etmişdi. Müzakirələr zamanı irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla AİF tərəfindən Təkliflərin yekun variantı hazırlanıb.
Təkliflər üç istiqamət üzrə hazırlanıb :
- Azərbaycan internetinin müxtəlif dillərdə milli kontentinin təkmilləşdirilməsi.
- Global resurslarda Azərbaycanla bağlı məlumatların zənginləşdirilməsi .
- Azərbaycan internetində infrastruktur problemlərinin aradan qaldırılması
AİF bildirir ki , bu məslə diqqətdə saxlanılacaq, bu istiqamətdə Azərbaycan İnternetində baş verənlər və görülən işlərlə bağlı İnternet ictimaiyyətinə məlumat veriləcək .