Fontu böyüt:
«Delta Telecom» cari ilin mart ayının sonuna kimi DATA mərkəzinin yaradılmasını başa çatdırmağı planlaşdırır.
«Delta Telecom» -dan verilən məlumata əsasən bu mərkəzin yaradılması xaricdə yerləşən milli internet resurslarını ölkədə yerləşdirməyə imkan verəcək.DATA mərkəzin yaradılmasında əsas tələblərdən biri də 10 Qb-lik internet kanallarının çəkilişidir.
Qeyd edək ki, DATA mərkəz, həmçinin, təhsil müəssisələrinin internetə qoşulması prosesinə nəzarət edəcək, məktəblərdə şagirdlərin əxlaqa zidd, zorakılıq təbliğ edən saytlara daxil olmasına imkan verməyəcək.