Fontu böyüt:
Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində növbəti kursunu keçirib.
Şuradan verilən məlumata görə, “KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursunda məşğələni maliyyə eksperti Mehdi Babayev aparıb.
M.Babayev media təmsilçilərinə Azərbaycanda reklam fəaliyyətinin hüquqi tənzimlənməsi, çap və elektron KİV-də reklamın xüsusiyyətləri, həmçinin media orqanlarının reklam yaymaqda məsuliyyəti məsələləri ilə bağlı ətraflı məlumat verib O, jurnalistlərin mövzuya dair suallarını cavablandırıb, bir sıra praktik əhəmiyyətli tövsiyələr verib.
Qeyd edək ki, Şura dekabr ayı ərzində bir neçə digər mövzuda da məşğələlərin təşkilini nəzərdə tutur.