Fontu böyüt:
Google şirkəti müstəqil kompüter işçilərinə şəxsi flash-reklam blokçuları yaratmaq və Chrome brauzeri üçün digər imkanlar təklif edəcək. Istehsalçının fikrincə, bu addım lazımi dərəcədə qiymətləndirilməmiş brauzerə əsas rəqibi Firefox-la sağlam rəqabətə kömək edəcək.
Xatırladaq ki, Mozilla-nın məhsulu brauzerin funksionallığını artıran kənar əlavələrin qurulması kimi məsələlərin həllində çox işlər görməlidir.
Chrome istifadəçiləri dəfələrlə bu yaxınlarda Firefox 3-ə əlavə edilən 12 yeni funksiya dəstəyinin olmasının vacibliyini söyləyiblər. “Kənar istehsalçıların əlavə imkanlarını dəstəkləməyən brauzer mənim kompüterimdə çox qala bilməz” – Chromium saytının forumu bu cür fikirlərlə zəngindir.
Lazımı alətlərə və proqram interfeyslərinə çıxış Chromium qrupunun üzvlərinə təqdim olunacaq.
Google şirkəti tələb olunan funksionallığın reallaşdırılması müddətini hələ təyin etməyib. Lakin qrup saytında elan olunan rəsmi sənədə əsasən, bu istiqamətdə işlər artıq aparılır. Layihə üzrə sənədləşdirmə ilə Chrome layihəsinin saytında tanış olmaq olar.