Fontu böyüt:
Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərinin xaricdə mobil şəbəkədən rahat istifadəsini təmin etmək məqsədilə üç yeni beynəlxalq rouminq sazişi imzalayıb.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, «Nar Mobile»ın yeni rouminq tərəfdaşları «Monaco Telecom» (Monako), «Tele2» (Estoniya) və «Colombia Mobil SA» (Kolumbiya) mobil operatorlarıdır.
Ümumilikdə isə, «Nar Mobile» tərəfindən 76 ölkə ilə 140 rouminq sazişi imzalanıb.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildən fəaliyyət göstərir və hazırda 1,2 mln-dan çox abunəçisi var.