İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebookda etməli olmadığınız əsas 7 şey

17.05.2010 [04:44]

Fontu böyüt:      

Zəif parol işlətmək: Lüğətdə tapa biləcəyiniz sözləri hətta sonuna rəqəm yazmaqla da istifadə etməyin. Əvəzinə böyük və kiçik hərfləri rəqəmləri və simvolları miks edərək parol yaza bilərsiz. Ən yaxşı texnikalardan biri sözün ortasına rəqəm əlavə etməkdir, məsələn bu nümunədə olduğu kimi: hO27usEs! Təvəllüdünüzü tam açıq şəkildə profilinizdə yayımlamaq Bu şəxsiyyət oğrularının ən ideal hədəfidir. Belə ki, onlar bu məlumatlardan istifadə etməklə sizing bank və ya kredit hesabınıza daxil ola bilərlər. Əgər siz təvəllüdünüzü daxil etmisinizsə profil səhivənizə daxil olun, Məlumat daha sonra isə Məlumatları Dəyişmək hissəsinə klikləyin.

Zəif parol işlətmək

Lüğətdə tapa biləcəyiniz sözləri hətta sonuna rəqəm yazmaqla da istifadə etməyin. Əvəzinə böyük və kiçik hərfləri, rəqəmləri və simvolları miks edərək parol yaza bilərsiz. Ən yaxşı texnikalardan biri sözün ortasına rəqəm əlavə etməkdir. Məsələn bu nümunədə olduğu kimi:  hO27usEs!

Təvəllüdünüzü tam açıq şəkildə profilinizdə yayımlamaq

Bu şəxsiyyət oğrularının ən ideal hədəfidir. Belə ki, onlar bu məlumatlardan istifadə etməklə sizin bank və ya kredit hesabınıza daxil ola bilərlər.  Əgər siz təvəllüdünüzü daxil etmisinizsə profil səhifənizə daxil olun, daha sonra isə Məlumatları Dəyişmək hissəsinə klikləyin. Əsas informasiya hissəsində ay, il və ya günü göstərmək funksiyasını seçin və ya ümumiyyətlə təvəllüdü göstərməmək funksiyasını seçin.

Faydalı məlumatların məxfiliyinin qorunması

Facebook profilində demək olar ki hər şey üçün dostlarınıza, dostların dostarına və özünüzə limit qoya bilərsiniz. Fotolara, təvəllüdə, dini baxışlara, ailə haqqında məlumatlara məhdudiyyət qoya bilərsiz.  Müəyyən adamlara və ya hər hansı qruplara sizing fotolarınızı və ya başqa məlumatlarınız görməsinə icazə verə bilərsiz, ya da bu adamları blok etməklə onlara ümumiyyətlə Facebookda sizin hesabınızın olduğunu görməyə qadağa qoya bilərsiz.

Uşağınızın adını heç yerə yazmayın

Fotonu işarələyəndə (taq) uşağınızın adından və ya ləqəbinizdən istifadə etməyin. Əgər bunu başqa biri edibsə silmək düyməsinə klikləyin və silin. Əgər sizing uşağınızın Facebook hesabı yoxdursa və kimsə onun imzasından istifadə edibsə həmin şəxsdən bunu silməsini xahiş edin.

Evdən olmayacağınızı statusa yazmaq

Bu oğruya “evdə heç kəs yoxdur” demək kimi bir şeydir. Keçirdiyiniz həyəcan dolu tətili insanlara danışmaq üçün evə dönməyinizi gözləyin və hər hansı bir səfərin tarixini gizli saxlayın.

Axtarış zamanı sizi tapmağa imkan verməyin

Qeydiyyatdan keçməmiş istifadəçilərin sizin səhifənizi axtarış zamanı görməməyini istəyirsinizsə şəxsi sazlamalarda axtarış nəticələri üçün “yalnız dostlar” yazısını seçin.

Yeniyetməni facebookda nəzarətsiz qoymaq

Facebookdan istifadə üçün yaş həddi 13-dür. Lakin hətta daha kiçik yaşlılar belə onda istifadə edə bilirlər. Sizin Facebook hesabı olan yeniyetmə və ya daha azyaşlı uşağınız varsa onu nəzarətdə saxlamağın ən yaxşı yolu onun online dostu olmaqdır. Onun əlaqə vasitəsi olaraq öz e-mailinzən istifadə edin, bu zaman ona gələn bildirişlər  sizə gələcək və siz asanlıqla bunlara nəzarət edə biləcəksiz. "Onlar düşünürlər ki, ciddi heç bir şey ola bilməz" İnternet Cinayəti ilə bağlı Şikayətlər Mərkəzinin xüsusi müşahidəçi agenti Çarles Pavelites belə deyir. Məsələn, uşaq hər gün eyni vaxtda: “Anam birazdan evə gələcək və mən tez qabları yumalıyam”  yazması valideynlərin hər gün evə gəliş və gediş vaxtları haqqında çox şeyi üzə çıxarır.

www.finance.yahoo.com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar