Fontu böyüt:
2009-cu il iyul ayının 17-də saat 14.00-dan 16.00-dək D. Əliyeva küç. 218 ünvanında yerləşən Azərbaycan Media Mərkəzində “Jurnalisti yazısına görə həbs etmək olarmı?” mövzusunda debat keçiriləcək.
Debatda Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Nizami Cəfərov və Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iştirak edəcəkdir.
Polemikaya hüquqşunaslar, KİV rəhbərləri, QHT nümayəndələri və jurnalistlər qoşulacaqlar.
Milli Mətbuat gününə həsr olunmuş debatda jurnalistəri narahat edən bir sıra məsələlərin müzakirəsi də nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, debatlar AMM, “Yeni Nəsil” Jurnalistlər Birliyinin birgə layihəsi çərçivəsində həyata keçirilir.