İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell” telekom sahəsinin lideri seçilib

08.12.2010 [18:45]

Fontu böyüt:      

«Azeri Business Award» biznes sahəsində Milli Mükafatın 2010-cu il üçün yekunları bəlli olub. Bu ilin nəticələrinə görə “Azercell Telekom” MMC iki mükafata layiq görülüb.

«Azeri Business Award» biznes sahəsində Milli Mükafatın 2010-cu il üçün yekunları bəlli olub.

Bu ilin nəticələrinə görə “Azercell Telekom” MMC iki mükafata layiq görülüb. «Azeri Business Award» Milli Mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. «Business Time» jurnalının təsis etdiyi bu mükafat hər ilin yekunlarına görə milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. B

u ilin nəticələrinə görə “Azercell” şirkəti telekommunikasiya sahəsinin lideri nominasiyasında qalib seçilib. Şirkətin prezidenti Ali Ağan isə “İlin top meneceri” adına layiq görülüb. Laureatların müəyyənləşdirilməsində əsas amil kimi namizədin biznesinin artım tempi götürülür. Mükafatın laureatları iki kateqoriya üzrə - fərdi və korporativ nominasiyalarda müəyyənləşdirilir.

Bu il “Azercell” hər iki nominasiyada qalib çıxıb. 1996-cı ildən fəaliyyətə başlayan “Azercell” şirkəti hazırda ölkənin mobil rabitə bazarının 57 faizinə nəzarət edir. Abonentlərinin sayı 4 milyonu keçən şirkət bu illər ərzində ən son texnologiyalar, qlobal səviyyədə tanınmış istehsalçıların ən müasir avadanlıqlarını Azərbaycana gətirib. “Azercell” Azərbaycan bazarı üçün innovasiya xarakteri daşıyan yeni məhsul və xidmətlərin tətbiqini bu gün də davam etdirməkdədir. 23-26 noyabr 2010-cu il tarixlərində Bakıda keçirilən “BakuTel 2010” sərgisində “Azercell” Mobil Naviqasiya, RFİD texnologiyası, LBS əsasında dostların yerinin müəyyən edilməsi üçün lokator və s. bu kimi xidmətlərin təqdimatını keçirib.

“Azercell” şirkətinin prezidenti Ali Ağanın rəhbərliyi dövründə şirkət uğurlu inkişaf yolunda olub. Cənab Ağanın rəhbərliyi ilə “Azercell Telekom”un fəaliyyətində əsas diqqət insan qaynaqları, ictimaiyyətlə əlaqələrin düzgün qurulmasına yönəldilib. Bu səbəbdəndir ki, “Azercell” il ərzində bir neçə nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Şirkət “PR People Awards” müsabiqəsinin qalibi çıxıb. Bu ilin aprel ayında Avropa Biznes Assambleyası tərəfindən Ali Ağan “İlin meneceri” adına layiq görülüb. Mükafatları qəbul elan

“Azercell Telekom”-un prezidentinin müşaviri cənab Vahid Mürsəliyev qeyd edib: “Azercell” yeni texnologiyaların tətbiqi ilə yanaşı, müştərilərin ehtiyac və istəklərinə görə xidmət, tarif və məhsulların yaradılması istiqamətində işləri bundan sonra da gücləndirəcək. Şirkətimiz həmçinin korporativ sosial məsuliyyət layihələri vasitəsilə Azərbaycanın ictimai həyatında fəal iştirak edəcək və Azərbaycanın xaricdə təşviqinə yönələn fəaliyyətini davam etdirəcək.”


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar