Fontu böyüt:
İnternet, mobil telefon və sosial şəbəkə istifadəsində partlayış.
Türkiyədə əhalinin 39%-i internetdən istifadə edir. Aparılan araşdırmalara görə cib telefonu, kompüter və sosial şəbəkələrin istifadəsi dünyada son iki il ərzində böyük nisbətdə artıb.
Pew Araşdırma Mərkəzinə görə, Rusların 80-%indən çoxu cib telefonu sahibidir. Cib telefonu istifadəsinin böyük artdığı digər ölkələr arasında Keniya, İordaniya, Argentina, Çin və İndoneziya liderlik edir. Kompüter istifadəsinin də təxminən eyni ölkələrdə artdığı bildirilir. Kompüterlərə daha çox sosial şəbəkələr istifadəsi artıb. Bu saytlarda daha çox 30-dan aşağı şəxslər istifadə edir.
Polşa, İngiltərə və Cənubi Koreyada da hər 10 adamdan dördü sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm Fransa, İspaniya, Rusiya və Braziliya da daha da çoxdur. Çin, Meksika, Keniya, Misir və Nigeriyada da hər beş adamdan biri sosial şəbəkə istifadəçisidir.