21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yerli startap bazarı yeni xidmət və layihələrlə inkişaf etməyə davam edir.
Xeberler.az technimum.com saytına istinadla bildirir ki, Bakıda yeni Taxi Tap xidməti fəaliyyət göstərir və bu
xidmət qısa müddətdə istifadəçilərin etibarını qazanmaq niyyətindədir.
Taxi Tap ödənişsiz minik, əvvəlcədən
məlum olan gediş haqqı, maşının maksimal tez gəlişi, daimi müştərılərə bonus
verilməsi kimi xidmətləri təklif edir . Taxi Tap xidmət qiymətinin aşağı olması
da nəzərə çarpır: şəhərin mərkəzindən aeroporta qədər yol müştəri üçün cəmi 13.50
manata başa gələcək.
Taxi Tap-da yaddan çıxmış əşyalar
xidməti yaradılıb. Taksidə unudulmuş çətir, kompüter, telefon və başqa əşyalar
diqqətsiz sərnişinlərə qaytarılır. Bütün tapıntılar xidmətin ofisində saxlanılır,
itkiyə görə oraya müraciət etmək olar.
Taxi Tap daha bir yenilik təklif
edir: müştənin telefonunda sıfır balans olduğu halda xidmətlə əlaqə saxlaya bilər.
Bunun üçün xidmətin saytına sifariş göndərmək kifayətdir, dispetçer özü sizə zəng
vurar.