Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib.
ADA Universitetinin müəllim və tələbələrinin qatıldığı Toplantıda Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYT Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.
Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib.
ADA Universitetinin müəllim və tələbələrinin qatıldığı Toplantıda Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYT Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi , Startup Azərbaycan Layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib.
Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov çıxış edərək İnternet biznesi sahəsində mövcud vəziyyət, İT Layihələrə dövlət dəstəyi, Fond tərəfindən elan edilən Qrant müsabiqəsi və Fonda Layihələrin təqdim edilməsi haqqında məlumat verib.
Toplantıda həmçinin Startup Azərbaycan Komandasının üzvü, hazırda ABŞ-da Silikon Vadidə İnternet bizneslə məşğul olan Gərib Mehdiyev, İnfiPro şirkətinin rəhbəri Eldar Abbasov, ADA Universitetinin departament rəhbəri Rahid Ələkbərli İnternet biznes və startuplar sahəsində uğurlu biznes qurmaqla bağlı və bu sahədəki müasir trendlərlə bağlı məlumat veriblər .
Toplantıda NETTRENDS milli startupının sahibi, Startup Azərbaycan Komandasının üzvü Elşad Yusifli, SocSet startupının təsisçiləri Şaiq Muradov və Amid Quliyev, GoldenPay şirkətinin təsisçisi Fərid İsmayılzadə, Vital CV və Multibon startupları adından Orxan Əhmədov çıxış edərək adı çəkilən startupların ərsəyə gəlməsi, hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında, uğurlar və çətinliklər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Sonra Startup Azərbaycan Komandasının üzvləri və Dövlət Fondunun nümayəndəsi iştirakçıların suallarını cavablandırıblar.
Startup Azərbaycan TK bildirir ki, Startup Azərbaycan çərçivəsində növbəti Toplantının 5 may tarixdə Sumqayıt Dövlət Universitetində keçirilməsi nəzərdə tutulub.
Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Tədbirdən hazırlanan fotolar :
https://www.facebook.com/media/set/?set=a.721008034625197.1073741858.486851951374141&type=1Geniş məlumat : www.startup.az