Fontu böyüt:
HP şirkətinin Azərbaycan nümayəndəliyi və DNS Computers şirkəti Azərbaycanda “Tələbə noutbuku” proqramının reallaşdırılmasına başlamışlar. “Təhsilimiz-Gələcəyimiz” devizi altında həyata keçirilən proqramın məqsədi kompyuterləşmənin təmin olunması, gənclərin kompyuter savadının artırılmasıdır. Proqram 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramının ümumi prinsiplərinə uyğun reallaşdırılır.
Hər bir tələbə bu proqramın iştirakçısı ola və HP 550 noutbukunu münasib şərtlərlə ala bilər. Proqramın istənilən iştirakçısı həmin noutbuku faizsiz kreditlə götürüb iki il ərzində yalnız noutbukun öz qiymətini ödəyəcəkdir. Proqram çərçivəsində noutbuk almaq üçün tələbə və valideynlərdən birinin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, həmçinin tələbənin qiymət kitabçası təqdim olunmalıdır.