Fontu böyüt:
ABŞ-ın Şərqi Anglia Universitetindəki iqlim araşdırmaları aparan elm adamlarının bir-birlərinə göndərdikləri elektron məktublar ortaya çıxıb. Serverlərinə edilən xaker hücumunun nəticəsində belə bir hadisənin baş verdiyini deyən elm adamları həmin məktubların köməyi ilə araşdırma məlumatlarına da müdaxilə olunduğu məlum olub.
ABŞ mətbuatı yazır ki, indi həmin elm adamlarının gələn təhdid elektron məktublarına görə başları bir az dərddə. Elm adamları "The Guardian"nın da nəşr etdiyi həmin məktublara polisin və digər səlahiyyətli şəxslərin reaksiya verməməsindən şikayətlənirlər. Reaksiya verməmələrinin səbəbi kimi də ölkədə söz azadlığının olduğunu göstərirlər. Məktublardan birində: "Ümid edirəm ki altınızda bir zəlzələ olar və cəhənnəmin dibinə gedərsiniz" sozləri yazılıb.
Stanford Universitetinin alimi olan Prof. Stephen Scneider, hətta adının neo - nazi adlı ölüm siyahısında olduğunu, lakin aidiyyatı orqanların bu məsələ ilə bağlı heç nə etmədiklərini qeyd etdi.
V.ELMAR