Fontu böyüt:
Ən böyük LCD panel istehsalçısı olan AU Optronics idarə heyətinin başçısı LJ Chen bu ilin ikinci dövründə yeni nəsil ePaper (elektronik kağız) ekranların Yaponiya və Çində çıxarılmağa başlayacağını açıqlayıb. Ekranların istifadəyə tətbiq edilməsi üçün də eBook (elektronik kitab) istehsalçıları ilə əlaqə saxladıqlarını bildirib. Chen elastik ePaper ekranların 5 ilə istifadəyə veriləcəyini də deyib.
Bu gün eBooklarda istifadə edilən texnologiya yalnız qara və ağ rəngləri dəstəkləyir. Bu texnologiyanı standart LCD-lərdən fərqləndirən yalnız görünüşün dəyişdirilməsi vaxtı enerjidən istifadə edilməsindədir. Rəngli ePaper ekranların isə 2010-cu ildə bazara çıxarılacağı güman edilir.