İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22.05.2013 [15:52]

Fontu böyüt:      

Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 20 may 2013-cü il tarixdən etibarən Startup Azərbaycan Müsabiqəsində startupların qeydiyyatı başa çatıb. İnvestorlar və İT mütəxəssislərin qeydiyyatı isə açıqdır. Müsabiqədə indiyədək 43 startup qeydiyyatdan keçərək yarışmada iştirak etmək niyyətini bildirib.
Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki,  20 may 2013-cü il tarixdən etibarən Startup Azərbaycan Müsabiqəsində startupların qeydiyyatı başa çatıb.
İnvestorlar və İT mütəxəssislərin qeydiyyatı isə açıqdır.
Müsabiqədə indiyədək 43 startup qeydiyyatdan keçərək yarışmada iştirak etmək niyyətini bildirib.
Qaydalara görə  müsabiqədə iştirak etmək niyyətində olan startuplar 1-ci səsvermə mərhələsində Ekspertlərin qiymətləndirməsi üçün ilkin biznes plan ( Layihə haqqında geniş məlumat) təqdim etməlidirlər. Bu məlumatların hazırlanması məqsədilə TK tərəfindən staruplarla görüşlər təşkil edilib və informasiya dəstəyi təmin olunub. Bununla belə müxtəlif səbəblərdən 17 startup qiymətləndirmə üçün zəruri olan sənədləri qeydiyyat müddəti ərzində təqdim etməyib. Odur ki, bu startuplar Startup Azərbaycan TK tərəfindən  Müsabiqədən kənarlaşdırılıb və qiymətləndirilməyə buraxılmayıb.
Beləliklə, Startup Azərbaycan TK tərəfindən Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 26  startup TK tərəfindən  ilkin qiymətləndirmə üçün Ekspertlərə təqdim edilib.
Ekspertlər Qaydalara uyğun olaraq startupların qiymətləndirilməsini 10 gün müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq
Yarımfinala çıxan startuplar üçün biznes planların  və təqdimatların hazırlanması istiqamətində Təlimlərin  8 İyun tarixdə keçirilməsi nəzərdə tutulub.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 İyun tarixədək finalçılar müəyyən olunacaq.
Finala çıxan startuplarla investorların görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin 30 iyun tarixdə keçirilməsi planlaşdırılır.
StartUp Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
StartUp Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az  

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar