İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Media ombudsmanı Elmira Süleymanova olacaq

08.12.2010 [17:11]

Fontu böyüt:      

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib. İctimai TV-nin məlumatına görə, iclasda Ombudsmanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan «İnsan hüquqları üzrə müvəkkil haqqında» konstitusiya qanununa əlavə və dəyişikliklər müzakirə edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.

İctimai TV-nin məlumatına görə, iclasda Ombudsmanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan «İnsan hüquqları üzrə müvəkkil haqqında» konstitusiya qanununa əlavə və dəyişikliklər müzakirə edilib.

İclasın gündəliyinə təqdim olunmuş «İnsan hüquqları üzrə müvəkkil haqqında» konstitusiya qanununa əlavə və dəyişikliklər barədə Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov məlumat verib.

O bildirdi ki, layihəyə görə, Ombudsman BMT-nin “İşgəncə və digər qəddar, qeyri insani rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ protokolunda nəzərdə tutulan milli preventiv mexanizmin funksiyalarını yerinə yetirməlidir. Bu məqsədlə Ombudsman aparatında Milli preventiv qrup yaradılmalıdır. Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına və saxlanılan şəxsin öz iradəsilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, həmin yerlərdə saxlanılan şəxslərlə görüşmək və digər hüquqlara malik olmalıdır.

Milli preventiv qrupun üzvü öz funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona məlum olan faktlar barədə ifadə verməyə məcbur edilə bilməz. Müzakirələr zamanı millət vəkilləri həmin qrupun müstəqilliyi üçün şəffaf prinsiplərlə formalaşdırılmasının vacibliyinə diqqəti çəkiblər.

Layihə barədə məlumat verən L. Hüseynov onu da bildirib ki, sənədə görə Müvəkkil informasiya sahibi olan dövlət orqanları və ya vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» qanundan irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirməlidir. L. Hüseynov bildirib ki, parlamentin 2005-ci ildə qəbul etdiyi həmin qanunda media Ombudsmanı institutunun yaradılması nəzərdə tutulub: “Lakin indiyədək belə bir institut yaradılmayıb. Təklif edilən layihə bu səlahiyyətin indiki Ombudsmana verilməsini planlaşdırır. Avropada da belə bir təcrübə var. Məsələn, Sloveniyada da bu işi Ombudsman həyata keçirir. Əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra “İnformasiya əldə etmək haqqında” qanunun mətbuat üzrə ayrıca Ombudsman yaratmaq barəsində müddəası qüvvədən düşəcək və həmin səlahiyyət indiki ombudsmana keçəcək”.

Millət vəkilləri Fazil Qəzənfəroğlu və Qüdrət Həsənquliyev indiki Ombudsmana bu sahədə də səlahiyyətlər verilməsinin onun işini kifayət qədər mürəkkəbləşdirəcəyini bildiriblər. Müzakirədə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes media üzrə ayrıca ombudsman institutunun yaradılmasının məqsədəuyğun olduğunu deyib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, ombudsman Elmira Süleymanova indiyədək informasiya azadlığı üzrə fəaliyyət göstərib: “İndiki dəyişikliklə onun səlahiyyətləri dəqiqləşdirilir. Bu da müsbət haldır”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar