İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21.12.2010 [09:03]

Fontu böyüt:      

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır. Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır.

Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub. Görüşə 50-dən çox insan qatılmışdı. Onlar bir-birini əsasən virtual həyatdan tanıyan, cəmiyyətin müxtəlif sosial qruplarından olan insanlar idi. Yeri gəlmişkən, görüşdə say baxımından üstünlük gənclərin tərəfində idi.
Bizə açıqlamasında Qənimət Zahid bildirdi ki, sözügedən qrup bir aydan artıqdır yaradılıb. Onun sözlərinə görə, məqsəd facebook sosial şəbəkəsində aktiv olan, amma partiyasız olan zümrənin bu quruma qatılmasından ibarətdir. Müsahibimiz həmçinin dedi ki, məqsəd virtual həyatda fəal olanların real həyada aktivlik dərəcəsini yoxlamaq üçün keçirilən eksperiment idi: “Çox yaxşı nəticə verdi. Bu qurumun media ilə də bağlılığı olacaq. Belə ki, bu hərəkatın tərkibində jurnalist qurumları, hüquq müdafiə qurumlarının olması labüddür. Qrupda sosial baxımdan fəal insanların olmasını istəyirik. İlkin tanışlıq idi. Real həyatda bir-birini tanımayan insanları bir araya gətirdik”.
Müsahibimiz xatırlatdı ki, tədbir iştirakçıları Demokratiya Hərəkatının yaranmasının əhəmiyyətindən danışıb. Daha sonra hərəkata qoşulanlar çıxışlar edib. Onlar müxtəlif təkliflər irəli sürüblər. Bəziləri hərəkatın adının dəyişdirilməsini, digərləri isə hərəkatın rayonları da əhatə etməsi fikrini səsləndirib. İrəli sürülən təkliflər əsasında müzakirələr aparıldı.
Q.Zahid növbəti toplantının yanvarın 8-də keçiriləcəyini vurğuladı.///musavat.com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar