İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Mobil telefonlara qadağa qoyulması üçün xüsusi qanunun qəbuluna ehtiyac yoxdur"

26.02.2013 [17:44]

Fontu böyüt:      

Azərbaycanın orta məktəblərində mobil telefonlara qadağa qoyulması üçün xüsusi qanunun qəbuluna ehtiyac yoxdur. Bunu APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
Azərbaycanın orta məktəblərində mobil telefonlara qadağa qoyulması üçün xüsusi qanunun qəbuluna ehtiyac yoxdur. Bunu APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
 
Onun sözlərinə görə, təhsil sahəsinin pedaqoji təlimatları var və onlar hüquq qədər mühüm rol oynayır. Ə.Ağayev qeyd edib ki, hər bir məktəbin rəhbərliyi mobil telefon qadağasını icra etmək üçün xüsusi iş üslubu seçməli, sinif rəhbərlərinə müvafiq tapşırıqlar verməlidir: “Hər bir sinif rəhbəri də bu tapşırıqlara uyğun davranmalıdır. Bu gün iş o yerə çatıb ki, hətta 1-ci sinifdən başlayaraq hər kəsin telefonu var. Əgər şagird yaxında yaşayırsa, maşınla aparılıb-gətirilirsə, ona, ümumiyyətlə, telefon lazım deyil. Məktəb özü bu işi həll etməlidir. Təhsil naziri hər məktəbə növbətçi qoyan, hər xırda hərəkət üçün əmr verən deyil. Belə olarsa, məktəbin özünün idarəçiliyi nəyə lazımdır? Bu xırda işləri həmkarlar təşkilatları məktəb rəhbərliyi ilə birgə həyata keçirilməlidir”.
 
Ə.Ağayev qeyd edib ki, bəzi məktəblərin təcrübəsinə görə bunu birdəfəlik qadağan etmək mümkün deyil. Onun sözlərinə görə, kapitalizm cəmiyyətində telefon bir növ təcili yardım rolunu oynayır: “Amma bu gün həmin problemin həllinin müəyyən norması var. Məktəbə daxil olan şagirdlərin hamısından telefonları alınaraq xüsusi yerə qoyulmalıdır. Onlar 4-5 saat dərslərini oxuduqdan sonra çıxanda telefonunu və digər əyani vəsaitləri alıb evə getməlidir. Amerikada bu təcrübədən istifadə edilir. Bunu ilk növbədə məktəblər özləri etməlidirlər”.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar