İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda şagirdlər evdə filtrasiyalı internetdən istifadə edəcəklər

19.10.2011 [11:53]

Fontu böyüt:      

Bunu barədə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib
Azərbaycanın bəzi orta məktəblərində şagirdlər evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər. BunuTrend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib.

 Onun sözlərinə görə, filtrasiyalı internetdən "Elektron məktəb" layihəsinin iştirakçısı olan orta məktəblərdə təhsil alan və netbuklarla təmin edilmiş şagirdlər istifadə edəcəklər.

Məmmədov deyib ki, netbuklar "Elektron məktəb" layihəsi rəhbərliyinin qərarı ilə seçilmiş siniflərin şagirdlərinə paylanılıb. 2010-2011-ci illərdə şagirdlərə 2000-dən artıq netbuk verilib.

 Nazirlik yaxın bir ay ərzində netbukları olan bu şagirdlərə internetdən pulsuz istifadə üçün xüsusi flaş kartlar da verəcək. Bu kartlar "Azedunet" və "SAZZ" şirkətləri tərəfindən şagirdlərin valideynlərə pulsuz paylanılacaq.

İdarə rəisinin sözlərinə görə, şagirdlər evdə yalnız filtrasiya sistemli internetdən istifadə edəcəklər.

O əlavə edib ki, hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir.

"Hazırda şagirdləri təhlükəsiz internetlə təmin edirik. Bu işi getdikcə gücləndiririk. Çalışırıq ki, təhsil müəssisələrimizdə olan internet tam təhlükəsiz olsun", - Məmmədov qeyd edib.

 Nazirlik rəsmisi deyib ki, orta məktəblərdə bütün porno, terror, dini təşviqatlar aparan saytlar filtrasiyadan keçirilir. Ona görə də şagirdlər həmin saytlara daxil ola bilmirlər.

 Məktəblərə verilən internetə ciddi nəzarət edildiyini deyən Məmmədovun sözlərinə görə, təhsil naziri Misir Mərdanovun əmri ilə internetin filtrasiyası üzrə şura yaradılıb. Geniştərkibli və müstəqil olan bu şurada valideynlər, müəllimlər, media işçiləri də təmsil olunublar. Şura filtrasiya ilə bağlı hər hansı məsələni, eyni zamanda problemlər yarandıqda onu müzakirə edir, qərar qəbul edir.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar