İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet televiziyaları inkişaf etdirmək üçün onları lisenziyalaşdırmağa ehtiyac yoxdur

04.03.2013 [16:28]

Fontu böyüt:      

İnternet televiziyaların lisenziyalaşdırılmasına qətiyyən ehtiyac yoxdur. Birincisi, bilinmir ki, nəyin tənzimlənməsindən söhbət edirlər. Məsələn, oflayn televiziyalarda məlumdur ki, dövlətə məxsus olan tezlik var. Tezlik resursu məhdud olduğuna görə,
"İnternet televiziyaları inkişaf etdirmək üçün onlara yardım etmək, dəstək vermək lazımdı, lisenziyalaşdırmaq yox."

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, internet televiziyaların lisenziyalaşdırılması haqda iddialara münasibət bildirib: "Bir neçə il əvvəl Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu məsələyə birdəfəlik nöqtə qoydu ki, bizim internet televiziyaları lisenziyalaşdırmaq fikrimiz yoxdur. Bundan sonra kimsə yenidən məsələni qabardırsa bu anlaşılmazdır. Çünki hökümət ali səviyyədə mövqeyini ortaya qoydu ki, dünyada belə təcrübə yoxdu, bu konteksdən məsələ bizim də gündəmimizdə deyil. Zaman-zaman kimlərsə bu məsələni qaldırıb nəyə nail olmaq istəyirlər, kimlərdənsə nəsə almaq istəyirlər, bilmirəm.

İnternet televiziyaların lisenziyalaşdırılmasına qətiyyən ehtiyac yoxdur. Birincisi, bilinmir ki, nəyin tənzimlənməsindən söhbət edirlər.
Məsələn, oflayn televiziyalarda məlumdur ki, dövlətə məxsus olan tezlik var. Tezlik resursu məhdud olduğuna görə, dövlətə məxsus olduğuna görə oflayn televiziya açmaq üçün tənzimləmələr olmalıdır. Yəni tezliyi kimə verək ki, o, televiziya açsın. Burada müsabiqə, yarışma, tənzimləmə olmalıdır. Ancaq internet televiziyada belə şey yoxdu. Bu səbəbdən deyilən sözlər absurddur.
Əgər reklam, texniki standartlar  və digər bu kimi amillərin tənzimlənməsindən söhbət gedirsə, bunların hərəsini tənzimləyən ayrı qanunlar var, bu qədər." (Azxeber.com)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar