21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
«BlackBerry» smartfonlarının istehsalçısı olan Kanadanın «Research In Motion» (RIM) şirkəti 2010-cu ilin noyabr ayında öz planşetini ictimaiyyətə təqdim edəcək.
«Apple» şirkətinin «iPad»ı ila eyni ölçüləri olacaq qurğu 9,7 düymlü sensor displey, eləcə də Wi-Fi və Bluetooth dəstəyi ilə təchiz olunacaq. Yeni planşetin mobil rabitəsi olmayacaq, internetə çıxış üçün isə mobil telefondan istifadə etmək lazım olacaq.
«Cnews» portalı xəbər verdiyi kimi, qurğunun «BlackPad» adlanacağı gözlənilir. Yeni planşet kompüterin qiyməti 499 dollara satılan «Apple»in «iPad»u ilə eyni olacaq. Qeyd edək ki, həmin konfiqurasiyadakı «iPad» planşetinin də mobil rabitə imkanı yoxdur.
Analitiklər hesab edirlər ki, «BlackPad»in buraxılması RIM üçün labüddür, çünki əks təqdirdə şirkət olduqca cəlbedici olan bu bazarı itirmək təhlükəsi ilə üzləşə bilər.
RIM-in təqdim etdiyi yüksək göstəricilərə baxmayaraq (cari ilin birinci rübündə «Research In Motion» dünya üzrə dördüncü ən iri mobil telefon istehsalçısı olub) ilin əvvəlində Kanada şirkətinin səhmlərinin dəyəri 15% düşüb. Müqayisə üçün xatırladaq ki, «Apple»nin səhmləri həmin dövrdə 22% bahalaşıb.