Britaniyanın “Barclays Capital” investisiya bankında çalışan mütəxəssislərin proqnozuna görə, 2012-ci ilin ikinci rübündə noutbuk tədarükləri 8 faiz artacaq.
Britaniyanın “Barclays Capital” investisiya bankında çalışan mütəxəssislərin proqnozuna görə, 2012-ci ilin ikinci rübündə noutbuk tədarükləri 8 faiz artacaq.
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən, noutbuk seqmentində tədarük göstəriciləri 3 rüb ardıcıl olaraq orta göstəricidən aşağı olub. Lakin “Barclays Capital” investisiya bankı hesab edir ki, “HDD” seqmentində vəziyyətin yaxşılaşması, həmçinin yeni “İntel Ivy Bridge” prosessorları və ultranazik leptopların çıxarılması nəticəsində noutbukların tədarük həcmləri daha aktiv şəkildə artacaq.
2012-ci ilin ikinci rübünün nəticəsinə görə, Tayvanın “ODM” istehsalçıları 39,8 milyon noutbuk tədarük edəcəklər.
Xeberler.az