Fontu böyüt:
Reyter agentliyinin verdiyi məlumata görə, İntel rəhbərləri Avropa Komissiyasının şirkət haqqında dediklərinə etiraz edir.
Belə ki, Avropa komissiyası İntel-i mövcud bazar qanunları pozmaqda günahlandırıb. İyulun 22-nə olan məlumata görə, İntel etiraz əlaməti olaraq Lüksemburqda 1-ci mərhələdə appelyasiyaya şikayət edib.
Şirkətin fikrincə, Avropa Komissiyası faktları düzgün qiymətləndirməyib. İntelin Avropa bazarında AMD şirkəti üçün manelər yaratdığı übuta yetirilib.
Xatırladaq ki, Avropa Komissiyası bu ilin may ayında Intel-i 1,06 milyard Avro (1,45 milyard dollar) məbləğində cərimə edib. Bundan əlavə, İntel-ə sağlam rəqabət qaydalarını pozduğu üçün Avropa bazarlarını tərk etmək əmr verilib.
Şirkətin təmsilçiləri bu qərarın yalnış və müasir bazar qaydalarına zidd olduğunu deyir. İntel haqqında təhqiqat işləri 2001-ci ildən aparılmağa başlanılıb. 2007-ci ildə isə Avropa komissiyası Şirkəti sağlam rəqabət qaydalarını pozmaqda günahlandırmışdı. 2008-ci ildə isə şirkət antimonopoliya qaydalarını pozmaqda ittiham edilmişdi.