Fontu böyüt:
2009-cu ilin 11 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 576 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 1222 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 749 ədədi qeydiyyata salınıb , 204 ədədi möhürlənib, 278 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür, 21 ədədi isəistismara yararsız olduğu üçün silinib.
Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 147 protokol yazılıb, müvafiq hüquqi tədbirlər
görülüb.