Bu gün Bakı vaxtı ilə saat 1:35 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.
Bu gün Bakı vaxtı ilə saat 1:35 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək.
ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanan “Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb.
Qeyd edək ki, Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinin canlı izlənilməsi üçün Kuala Lumpurda Malayziyanın “Measat Satellite Systems” (MEASAT) şirkətinin ofisində tədbir keçirilib.