Cari ayin sonunda ali təhsil müəssisələrinin iştirakı ilə onlayn laboratoriyanın təqdimatının keçirilməsi nəzərəd tutulub
Daha öncə də məlumat verdiyimiz kimi, “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsinin icrasına başlanmılıb və bir müddət öncə Layihə çərçivəsində
"Yeni media : peşəkarlıq və kard təminatı" mövzusunda Konfrans keçirilmişdi."Layihənin icrası və gedişatı ilə bağlı Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxladıq. O. Gündüz bildirdi ki, layihənin icrası ilə əlaqədar işlər uğurlar davam etdirilir: "Hazırda yeni media sahəsi ilə əlaqli fənlərin tədris modellərinin hazırlanması ,layihə çərçivəsində jurnalistika tehsili veren her bir ali təhsil müəssisəsi üçün nəzərdə tutulan onlayn qəzet, İnternet TV studiyanın yaradılmasıyla bağlı işlər görülür:
Hazırlıq işləri çərçivəsində Jurnalistika fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması məqsədilə tələbə onlayn qəzetinin vahid modul hazırlanır. Bu resurs onlayn Laboratoriya rolunu oynayacaq. Həmçinin tələbələrin İnternet TV və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün İnternet TV Studiya yaradılması istiqamətində işlər aparılır.
Cari ayin sonunda ali təhsil müəssisələrinin iştirakı ilə onlayn laboratoriyanın təqdimatının keçirilməsi nəzərəd tutulub. Həmçinin hər bir təhsl müəssisənin bununla əlaqəli nümayəndələrinə təlimlər də keçiriləcək.
Bundan əlavə, layihə çərçivəsində Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət internet resurs da istifadəyə hazırlanır."
Məlumat üçün bildirək ki, ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir. Həmçinin Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunlərindən ibarət yeni tədris modeli hazırlamaqdır.
Layihənin gedişi müddətində media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif münasibətləri, kadr problemi və s.) araşdırmaq, maraqlı tərəflərin iştirakı ilə ictimai diskussiyalar keçirmək nəzərdə tutulub.
xeberler.az/Ellada