Fontu böyüt:
“Intel” korporasiyası antivirus və İT-təhlükəsizlik sahəsində proqram təminatı ilə məşğul olan “McAfee” şirkətini 7,68 mlrd. dollara aldığını açıqlayıb.
Korporasiyanın proqram təminatı və servislər üzrə bölümünün bir hissəsi olacaq “McAfee”nin hər bir səhminə görə “Intel” təqribən 48 dollar ödəyəcək.
“Lenta”nın məlumatına görə, hər iki şirkətin Direktorlar Şurasının üzvləri sazişi yekdilliklə qəbul edib. Hazırda “McAfee”nin səhmdarlarından razılıq alınması və sazişin dövlət orqanları ilə razılaşması məsələləri həll olunur.