Fontu böyüt:
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görəTürkiyənin Maliyyə Cinayətləri üzrə Araşdırma Komitəsi tərəfindən müəyyən edilmiş azərbaycanlı haker qrupunun üzvlərinə 2 il 6 ay həbs cəzası hökmü oxundu.
Qeyd edək ki, hakerlər mərkəzi ofisi İsveçrədə yerləşən ArnerBank-ın internet saytının surətini çıxarıb, müxtəlif ölkələrdə kreditə ehtiyacı olan şirkətlərdən dələduzluq yolu ilə 3,9 milyon avro mənimsəyiblər.
Məlumatda bildirilir ki, İsveçrədəki bankın internet ünvanı ArnerBank“www.arnerbank.ch, saxta ünvanı isə www.arner.invgroup.com olub. Azərbaycanlı hakerlərin toruna düşən ilk iş adamı vyetnamlı Nguyen Thanh 70 milyon avro kredit istəyib və o, sığorta pulu kimi hakerlərin Türkiyədəki “vasitəçi” NT Beynəlxalq Ticarət və Məsləhət Limited şirkətinə 1 milyon 400 min avro göndərib. Yunan iş adamı Papas Grigorios isə hakerlərə 2 milyon 500 min avro verib.