Fontu böyüt:
Dünya üzrə smartfon satışı üçüncü rübdə 96 faiz artaraq rekord 80,5 milyon ədədə çatıb. Hesabat dövründə mobil telefonların ümumi satış həcmi isə 35 faiz artıb və 417 milyonu keçib. Bu rəqəmlər Gartner analitik şirkətinin növbəti hesabatında göstərilir. Bu gün dünya üzrə mobil telefon satışının 19,3 faizi məhz smartfonların payına düşür.
Ötən rübdə dünyanın üç ən iri mobil telefon istehsalçıları olan Nokia, Samsung və LG şirkətləri bazarda öz mövqelərini saxlaya bilib, lakin bununla belə onların payları 2009-cu ilin iyul-sentyabr ayları ilə müqayisədə azalıb. Həmçinin liderlər siyahısının ilk onluğunda yer almış Sony Ericsson və Motorola da bazardakı paylarının azalması ilə üzləşib. Gartner mütəxəssislərinin proqnozlarına əsasən, ümumilikdə 2010-cu ilin yekunları üzrə mobil telefonların satış həcmi 30 faiz artacaq.