İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

26.01.2011 [21:16]

Fontu böyüt:      

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) telekommunikasiya infrastrukturu telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır. Bu barədə bazar ertəsi Trend-ə İB-nin baş direktor müavini Xankişi Kişiyev deyib. Onun sözlərinə görə, bu gün telefon şəbəkəsində ümumi istifadədə tətbiq olunan bilinq sistemi telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sistemi kimi uyğunlaşdırıla bilər. Bu, bu gün artıq hüdudlu və hüdudsuz tarif paketlərinin təcrübədən keçirildiyi

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) telekommunikasiya infrastrukturu telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır. Bu barədə bazar ertəsi Trend-ə İB-nin baş direktor müavini Xankişi Kişiyev deyib.

Onun sözlərinə görə, bu gün telefon şəbəkəsində ümumi istifadədə tətbiq olunan bilinq sistemi telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sistemi kimi uyğunlaşdırıla bilər. Bu, bu gün artıq hüdudlu və hüdudsuz tarif paketlərinin təcrübədən keçirildiyi CDMA simsiz rabitə standartları şəbəkəsində tətbiq olunan sistemlə oxşardır.

"CDMA xidmətlərinin hüdudlu tarif paketində iki manat həcmində aylıq abunə haqqı nəzərdə tutulub və bu paketə 400 dəqiqəlik danışıq daxildir, limitdən artıq hər əlavə dəqiqə üçün isə 0,01 manat ödənilir. Bu gün İB Tariflər Şurasına rabitə xidmətində tariflərin dəyişdirilməsi təklifi ilə müraciət edib. Son qərar Tariflər Şurasının ixtiyarındadır. Qərar qəbul edildikən sonra bu məsələ üzrə nəticələr elan ediləcək", - Kişiyev deyib.

Ötən həftə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyi kimi, respublikada aylıq abunə haqlarından imtina etmək istəyən abunəçilər üçün vaxt hesabı ilə ödəniş tətbiq oluna bilər. Onun sözlərinə görə, abunəçi ay ərzində iki manat abunə haqqı məbləğində danışmırsa, vaxt hesablı ödənişə keçə bilər.

Bundan əvvəl Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun bildirdiyinə görə, baxılmaq üçün Tariflər Şurasına təqdim olunan təkliflər rabitə operatorları ilə müzakirə olunub. Dəyişikliklər həm beynəlxalq və şəhərlərarası rabitə xidmətləri, həm də abunəçiyə telefon xətlərinin çəkilməsinin dəyərinə və stasionar telefonların istifadəsinə görə aylıq abunə haqlarına da aid olacaq.

Nazir müavininin sözlərinə görə, bir tərəfdən bu və ya digər xidmət növlərinə tariflər artırsa, bu, digər tərəfdən xidmətin digər növləri, məsələn, beynəlxalq danışıqlar tarifinin aşağı salınması ilə əvəz olunur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar