İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünya Bankı Azərbaycanda İKT sahəsi ilə bağlı 3 istiqamət üzrə tövsiyələrini verib

26.07.2013 [10:30]

Fontu böyüt:      

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycanın Diversifikasiya Tədqiqatı" üzrə əldə edilən nəticələri təqdim etmək məqsədilə Azərbaycana səfər
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycanın Diversifikasiya Tədqiqatı" üzrə əldə edilən nəticələri təqdim etmək  məqsədilə Azərbaycana səfər edən Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad və DB-nın Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko ilə görüşüb.
 
Görüşdə Dünya Bankı ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq münasibətlərindən söz açan nazir ölkəmizdə bazar iqtisadiyyatının qurulması, modern infrastrukturun yaradılması, maliyyə sektorunun inkişafı sahəsində görülən işlərə DB-nın aktiv dəstək verdiyini vurğulayıb.
 
 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin DB ilə əlaqələrindən, xüsusən bankın dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı layihəsi"ndən də danışan nazir "Azərpoçt" un mövcud platformasından istifadə etməklə, Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şəraitin yaradılması, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi, yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlərin təklifi üzərində işlərin uğurla həyata keçirildiyini, DB ilə qurulan əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
 
 
Səfərin missiyasından söz açan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad isə qeyd edib ki, görüşün məqsədi "Azərbaycanın Diversifikasiya Hesabatı" üzrə müəyyən edilən məsələlər və gəlinən qənaətlərin müzakirəsi əsasında məsləhət və şərhlərin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır.
 
Baş iqtisadçı ötən 10 il ərzində Azərbaycanda İKT, telekommunikasiya, internet, peyk sənayesinin qurulması və s. istiqamətlərdə səmərəli işlərin həyata keçirildiyini, bu sahədə qazanılan uğurların isə yalnız Azərbaycanın deyil, dolayısı ilə region ölkələrinin iqtisadiyyatına da töhfə verdiyini vurğulayıb: "İKT sahəsində aparılan diversifikasiya ümumi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox doğru addım kimi qiymətləndirilir. DB yeni yanaşma olaraq, fiziki kapital, insan kapitalı və dövlət təsisatlarının islahatları kimi  3 istiqamət üzrə diversifikasiyanın tərəfdarıdır. Məhz bu istiqamətlər ölkələrin iqtisadiyyatının davamlılığını təmin edəcək amillər kimi qiymətləndirilir".
 
M.Prasad DB-nin "Azərbaycan üçün diversifikasiya və artım sahəsində "neft dövründən sonrakı" seçimlər" təqdimatı üzrə Azərbaycanda İKT sahəsi ilə bağlı tövsiyələrindən də söz açaraq, burada əsasən 3 istiqamətə-daxili tələbin həcminin genişləndirilməsi, Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi, tənzimləyici mühitin inkişaf etdirilməsinə önəm verildiyini deyib.
 
Qeyd edək ki, görüşdə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat yenidən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndəriləcək və yekun tövsiyələr hökumətə təqdim olunacaq.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar