21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətini istifadəyə verib.
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, bu elektron xidmətdən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəçinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımi sənədləri təqdim edərək elektron formada müraciət edə bilər.
Hazırda “www.azersu.az” saytı vasitəsilə göstərilən bu xidmətin “www.e-gov.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilir və bu zaman ekranda abonent məlumatları səhifəsi açılır. Burada abonentin adı, soyadı, atasının adı, yaşayış obyektinin adı, ailə tərkibi, şəxsiyyət vəsiqəsinin PİN kodu, göstərilən xidmətin adı (içməli su və kanalizasiya xidməti) və abonentin borcu barədə məlumatlar yerləşdirilib.
Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi müvafiq məlumatı seçməli və tələb olunan proseduraları yerinə yetirməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin, əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin, ailə tərkibi haqqında arayışın skan olunmuş surətləri və əlaqə vasitələri sistemə daxil edilməlidir.
Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı onlayn müraciət qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir. Müraciət abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırılır.(ictnews)