21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mətbuat Şurası qurumun nəzdində Ağsaqqal Jurnalistlər Məclisi yaratmaq qərarına gəlib. Artıq bu gün şuranın iclasında bu barədə yekun qərar da qəbul olub.
Mətbuat Şurasından verilən məlumata görə, Şura sədri Əflatun Amaşov bildirib ki, ömür-gününü milli jurnalistikaya, onun mütərəqqi ənənələrinin davam və inkişafına sərf edən insanların potensialından istifadə vacibdir. Onun sözlərinə görə, Mətbuat Şurası yarandığı gündən onların yanında olub: “Şura onların zəngin təcrübələrinin öyrənilib tətbiqinə, qayğı və problemlərinin həllinə köməyini əsirgəməyib. Bu ənənənin daha da sistemli olmasına çalışırıq və belə bir məclisin yaranmasını zəruri saydıq. Hesab edirik ki, ağsaqqal jurnalistlərin təşkilatlanması mövcud istiqamətdə önəmli həlqələrdən biri olacaq”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 135 illik tarixə malik Azərbaycan mətbuatının layiqli ənənələrinin məhz veteran jurnalistlərin simasında yaşandığını deyib. O bildirib ki, ahıl qələm sahibləri mediamızdakı hazırkı problemlərin həllinə öz yaradıcılıq nümunələri ilə töhfələrini verə bilərlər.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də ağsaqqal jurnalistlərin təşkilatlanmasını zəruri sayıb: “Onların özlərinin aktiv ictimai fəaliyyət göstərmələri, bir növ unudulmamaları cəmiyyət üçün də örnəkdir”.
Toplantının sonunda Mətbuat Şurası nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin işlərinin əlaqələndirilməsi və sənədlərin hazırlanması üçün əməkdar jurnalist Yusif Kərimovun başçılığı ilə 7 nəfərdən ibarət qrup yaradılıb.
mənbə: lent.az