Fontu böyüt:
APA-ECONOMICS
Bu ilin yazına kimi Avropada böyük həcmdə enerji sərf edən, geniş yayılmış plazma televizorlarının istehsalı və satışı qadağan oluna bilər. «APA-ECONOMICS»in məlumatına görə, iqlim dəyişiklikləri ilə mübarizə proqramı çərçivəsində Avropa ölkələri bu növ məişət texnikaları üçün yeni enerji sərfi standartları qəbul edəcək.
Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı tədbirlər enerji sərfi baxımından qeyri-effektiv televizorların satışdan çıxarılmasını nəzərdə tutur. Yeni nişanlama sistemi alıcılara minimal həcmdə elektrik enerjisi sərf edən televizorları seçmək imkanı verəcək.
Qeyd edək ki, 42 düyüm ekranı olan plazma televizoru orta hesabla il ərzində 822 kVt/saata yaxın elektrik enerjisi istifadə edir, halbuki eyni ölçüdə olan maye-kristal televizora ildə cəmi 350 kVt/saat sərf olunur.
Analoji tədbirlər digər ölkələrin hökumətləri tərəfindən də hazırlanır. Belə ki, ABŞ-da il ərzində 275 mln. televizor 10 elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisini istifadə edir.