İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Western Digital” 3,4 milyard dollara “Hitachi” şirkətinin bölməsini alır

09.03.2011 [20:50]

Fontu böyüt:      

Dünyanın ən iri sərt disk istehsalçısı “Western Digital” korporasiyası “Hitachi” şirkəti ilə onun analoji fəaliyyətlə məşğul olan “Hitachi Global Storage Technologies” (Hitachi GST) müəssisəsinin əldə olunmasına dair saziş imzalayıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilənin ümumi məbləği 4,3 milyard dollar təşkil edir və bunun 3,5 milyardı “Hitachi”nin hesabına köçürüləcək.
Dünyanın ən iri sərt disk istehsalçısı “Western Digital” korporasiyası “Hitachi” şirkəti ilə onun analoji fəaliyyətlə məşğul olan “Hitachi Global Storage Technologies” (Hitachi GST) müəssisəsinin əldə olunmasına dair saziş imzalayıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilənin ümumi məbləği 4,3 milyard dollar təşkil edir və bunun 3,5 milyardı “Hitachi”nin hesabına köçürüləcək. 


Bundan əlavə, “Hitachi”yə 750 milyon dollar məbləğində “Western Digital”ın 25 milyon ədəd adi səhmləri təqdim olunacaq. Bir səhm 30,01 dollardır. Nəticədə “Hitachi” “Western Digital”ın qiymətli kağızlarının 10 faizinə nəzarət edəcək. “Hitachi”nin iki nümayəndəsi də “Western Digital”ın Direktorlar Şurasına daxil ediləcək. 


Saziş artıq hər iki şirkətin direktorlar şuraları tərəfindən qəbul edilib. Bu kimi müqavilələrin icrası zamanı müvafiq prosedurların yerinə yetirilməsi, o cümlədən sazişin tənzimləyici orqanlar tərəfindən bəyənilməsinə tələb olunan vaxt nəzərə alınmaqla, çox guman ki, razılaşmanın tam yekunu cari ilin üçüncü rübündən tez olmayacaq. Saziş baş tutandan sonra “Western Digital”ın adı və İrvin (ABŞ, Kaliforniya ştatı) şəhərindəki qərargahı dəyişməyəcək. Korporasiyanın baş direktoru Con Koyn, baş əməliyyat direktoru Tim Lyden və maliyyə direktoru Volfhanq Nikl öz vəzifələrində qalacaqlar. “Western Digital”ın prezidenti isə “Hitachi GST”nin hazırkı prezidenti və baş direktoru Stiv Milliqan olacaq.


Saziş xəbərindən sonra “Western Digital”ın səhmlərinin qiyməti 16 faiz artaraq 34,95 dollar təşkil edib. Hazırda “Western Digital” dünyanın ən iri sərt disk təchizatçısı olmaqla müvafiq bazarın 31 faizinə nəzarət edir. “iSuppli” tədqiqat şirkətinin məlumatına görə, onun əsas rəqibi olan “Seagate Technology” şirkətinin bazar payı 29 faiz təşkil edir. “Hitachi GST” isə siyahıda 18 faizlə üçüncü yerdədir. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar