Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə tədbirlərə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə tədbirlərə başlayıb.
BTRİB-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qeyd edilən tədbirlər çərçivəsində abunəçilərin toplaşdığı ərazilərə yaxın yerlərdə telekommunikasiya şkafları quraşdırılacaq.
Optik kabellər son istifadəçiyə yaxın yerdə quraşdırılacaq telekommunikasiya şkaflarında toplanılacaq. Bu, optik kabellər üzərindən ötürülən trafikinmarşrutlanmasınavə kommutasiyasının həyata keçirilməsinə imkan verəcək. Artıq ilkin olaraq bu işlər ATS 493 ərazisində başlanılıb.
Gələcəkdə bütün20-30 minlik iri ATS-lərdə, o cümlədən ATS 566,ATS 561-də bu işlərin aparılması nəzərdə tutulub.
Gələcəkdə böyük həcmli telekommunikasiya şkaflarının əsasında mini-ATS-lərin yaradılması nəzərdə tutulur, bu son istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətini artırmağa imkan verəcək. (ICTnews)