İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib

15.01.2014 [18:11]

Fontu böyüt:      

“Elektron hökumət” portalı vasitəsilə 2013-сü ilin son ayında ən çox istifadə edilən elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” xidməti olub. Belə ki, xidmətdən 62033 dəfə istifadə edilib
“Elektron hökumət” portalı vasitəsilə 2013-сü ilin son ayında ən çox istifadə edilən elektron xidmət “Telefon nömrəsi üzrə axtarış” xidməti olub. Belə ki, xidmətdən 62033 dəfə istifadə edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təqdim edilən bu xidmətin ardınca portalda 01.12.2013 – 31.12.2013-cü il dövrü ərzində ən çox istifadə olunan e-xidmətlərin siyahısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) yer alır. Fondun “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” elektron xidmətinə 3468 müraciət edilib. Siyahıda növbəti yerlər də Dövlət Sosial Müdafiə Fonduna məxsusdur.
 
Belə ki, DSMF tərəfindən təqdim edilən “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətinə 3246, “Məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” xidmətinə 2420, “Pensiya kalkulyatoru” xidmətinə 1482, “Pensiyaçıya məlumatların verilməsi” xidmətinə 1223 müraciət edilib. Portalda təqdim etdiyi elektron xidmətlərə görə fəallığı ilə seçilən DSMF-dan sonra “Elektron hökumət” istifadəçilərinin müraciət etdiyi növbəti xidmət Ədliyyə Nazirliyinə aiddir.
 
 Nazirliyin “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmətinə bir ayda 753 dəfə müraciət edilib ki, bu xidmət də istifadəçi sayına görə siyahıda 7-ci yeri tutur. 8-ci yerdə qərarlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Vətəndaşın fərdi məlumatları barədə arayış” xidməti də ötən il daha çox tələbat duyulan elektron xidmətlərə daxildir. Bu xidmət üzrə portala edilən müraciətlərin sayı 518-ə çatıb.
 
  Fəallığına görə cəmi 5 dövlət qurumunun elektron xidmətlərinin yer aldığı “Ayın ən çox tələbat duyulan elektron xidmətlər siyahısı”nda növbəti yerdə  Daxili İşlər Nazirliyi gəlir. Nazirliyin təqdim etdiyi “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” elektron xidmətinə 2013-cü ilin axırıncı ayında 510 müraciət edilib. Siyahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tamamlayır.
 
Bu nazirlik tərəfindən portala inteqrasiya edilmiş “Müavinətlər üzrə axtarış” elektron xidmətinə müraciətlərin sayı isə cəmi 414 olub. Beləliklə, əhalinin daha çox tələbat duyduğu elektron xidmətləri təqdim etmə səbəbindən cəmi 5 təchizatçının yer aldığı siyahı üzrə yola saldığımız ilin sonuncu ayında “Elektron hökumət” portalında sözügedən xidmətlərdən istifadə sayı ümumilikdə 76067 olub.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar