Fontu böyüt:
Dünyanın ən çox istifadə edilən e-poçt xidmətlərindən Hotmail –i Hindistan əslli bir müsəlman gəncin tapdığı ortaya çıxdı. Bu anda Microsoft korporasiyasına aid olan söz mövzusu mailin arxasında əslində böyük bir müvəffəqiyyət hekayəsi yatır. Bu müvəffəqiyyətin altına imza atan gənc Hindli Müsəlmanın adı Sabir (Sabeer) Bhatia. 1988-ci ildə Sabir, Stanford Universitetində təhsil almaq üzrə ABŞ -a gəlir. Buradan məzun olduqdan sonra internet firmalarından birində işə başlayır, ardından eyni universitetdən məzun olan Cek Smit adlı bir gənclə tanış olur.
İki gənc baş başa verib çalışdıqları şirkət içərisində daha sonra quracaqları şirkət haqqında düşünməyə başlayırlar. Çalışdıqları şirkətin sahibi onların bu proyektləri haqqında məlumat əldə etdikdə, bu proyektləriylə əlaqədar şirkətin imkanlarından faydalanmamaqları ilə bağlı xəbərdarlıq edir. Bu dövrdə Sabir, hər kəsin özünə xüsusi bir e-poçt proqramı istifadə etməsinə imkan verən bir proqram tapmışdır. Bu proqramı inkişaf etdirmək və xalqın istifadəsinə təqdim etmək üçün gizli bir şəkildə işlərini davam etdirirlər. Proqram, bazara çıxdığı 1996-cı ildə internet istifadəçiləri arasında sürətlə yayılır. Çünki başqa proqramlarda olmayan fərqli xüsusiyyətlər bu proqramda olmuşdu.
Bu e-mail proqramı, ödənişsizdir və gizliliyə imkan verməkdədir. Ayrıca dünyanın hər yerindən istifadə edilə bilər. İctimai istifadəyə açıldığı daha ilk on gündə Hotmail, milyonlarla insan tərəfindən istifadə edilməyə başlanmışdır. Bu proqram dünyanın ən zəngin adamı olan Microsoft firmasının sahibi Bill Qeytsin diqqətini çəkir və bu proqramı satın almaq istəyir. Hotmailə 50 milyon dollar verməyi təklif edir ancaq proqramın əhəmiyyətinin fərqində olan Sabir, Hotmail üçün 500 milyon dollar istəmişdi. 1998-ci ilə qədər aparılan uzun bazarlıqlar nəticəsində Sabir, proqramı özünün Microsoft şirkətinə ekspert olaraq təyin edilməsi şərtiylə 400 milyon dollara satmağa razı olur. Bu gün Hotmailin istifadəçiləri təxminən 90 milyona çatıb, hər gün 3 min yeni istifadəçi bu proqrama qatılmaqdadır.
Sabirin şəxsiyyətinə olan pərəstişi daha da artıracaq olan xüsusiyyət, onun pulu alar-almaz bir çox institut quraraq təhsil imkanları məhdud olan şagirdlərə kömək etməsi olmuşdur. Sabir, o qədər çox xeyr işlərinə iştirak etmişdir ki sərvəti sürətlə 100 milyon dollara qədər azalmışdır.