Multimedia Mərkəzi bir daha bildirir ki, jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn media” müsabiqəsində yazıların qəbul müddəti uzadılıb. Müsabiqəyə təqdim edilən yazıların
Multimedia Mərkəzi bir daha bildirir ki, jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn media” müsabiqəsində yazıların qəbul müddəti uzadılıb. Müsabiqəyə təqdim edilən yazıların və müsabiqə mövzusu üzrə Twitter şəbəkəsi vasitəsilə yayılan tvitlərin son qəbul müddəti 01 dekabr tarixi müəyyən olunub.
Beləliklə, onlayn media müsabiqəsinə 15 sentyabr 2013-cü ildən 01 dekabr 2013-cü il tarixədək dərc edilmiş materiallar qəbul olunur.
Müsabiqəyə
bəlli mövzular üzrə məqalələr təqdim oluna bilər. Təqdim olunan yazıların onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s.) dərc olunması vacibdir.
Müsabiqə çərçivəsində Tvitter mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da təşkil olunur.
Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu və e-təhsil sahəsi ilə əlaqəli olan və ictimai əhəmiyyət kəsb edən tvitləri 01 dekabr tarixinədək müddətdə yalnız #ehokumət və #etehsil həştəqləri vasitəsilə yazmalıdırlar.
Müsabiqəyə qəbul olunan yazıların və tvitlərin qiymətləndirilməsi prosesi münsiflər tərəfindən dekabrın 1-ci həftəsi həyata keçiriləcək.
Qaliblərin və fərqlənənlərin mükafatlandırılması üçün təqdimat mərasiminin 11 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.
Nəzərdə tutulan hədiyyələr:
I yer: Galaxy Note 10.1
II yer: Galaxy Tab 3
III yer: Galaxy Tab 2
Həvəsləndirici 10 yer: eksternal hard disklər, datakartlar və s.
Yazı müsabiqəsində fərqlənənlərə digər qiymətli hədiyyələrin də verilməsi nəzərdə tutulur.
Tvitter mikrobloqunda yarışmanın qalibləri və fərqlənənlər üçün hədiyyələr: smartfon, eksternal hard disk, datkart və s
Geniş məlumat üçün: www.telim.org