İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan İnternet Forumunun məlumatı

19.12.2008 [19:34]

Fontu böyüt:      

AİF rəhbəri Osman Gündüz ölkənin İnternet və İKT bazarında yaranmış vəziyyətlə, həmçinin RİTN–lə vətəndaş cəmiyyəti arasında münasibətlərin vəziyyəti ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.

AİF rəhbəri Osman Gündüz ölkənin İnternet və İKT bazarında yaranmış vəziyyətlə, həmçinin RİTN–lə vətəndaş cəmiyyəti arasında  münasibətlərin vəziyyəti ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova  məktub ünvanlayıb.


Məktubda  ölkənin İnternet bazarında xeyli müddət davam edən və artıq dözülməz həddə çatan vəziyyətə diqqət yönəldilib. RİTN-ə və bütövlükdə ölkəyə fayda gətirməyən bu vəziyyətin, İnternet bazarında sərbəst və azad rəqabətin formalaşmamasının, İnternet xidmətlərinin kəskin bahalığı və keyfiyyətsizliyinin səbəblərini araşdırmaq və aradan qaldırmaq yollarını aşkara çıxarmaq üçün birgə monitorinqin keçirilməsi və digər zəruri addımların  atılmasına diqqət  yönəlib.


Məktubda son dövrlərdə RİTN–nin bir sıra rəsmi şəxsləri tərəfindən qeyri-qanuni addımların atılması, qanunsuz və  yanlış bəyanatların səslənməsi məsələsinə toxunulub. Qeyd olunub ki, RİTN rəsmiləri tərəfindən müvafiq qurumlar cəlb olunmadan qanunvericiliyin və beynəlxalq normaların tələblərinə zidd olan hüquqi sənədlər  hazırlanır,  milli internet ünvanların qeydiyyatı prosesinin RİTN tərəfindən qeyri-qanuni olaraq həyata keçirilməsinə haqq qazandıran çıxışlar edilir. Məktubda RİTN rəsmiləri tərəfindən bir sıra hallarda ictimaiyyətdə yanlış təsəvvürlərin, reallıqdan xeyli uzaq olan rəyin  formalaşmasına xidmət edən açıqlamalın verildiyi bildirilib.


Məktubda həmçinin RİTN ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin, qarşılıqlı əməkdaşlığın zəifləməsi amilinə və onu yaradan səbəblərə diqqət yönəldilib. Vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlığın yetərli olmamasının, adı çəkilən qurumdan zəruri informasiyaların (Regional İnnovasiya zonası, Milli Peyk sistemi, elektron hökumət quruculuğu haqqında və s.) əldə edilməsi imkanlarının mümkünsüzlüyünün sonda bu sahədə qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxaracağı vurğulanıb.


Məktubda İnternet bazarındakı köklü problemlərin həlli ilə bağlı İnternet ictimaiyyətinin geniş təbəqələrinin iştirakı ilə  son dövrlərdə AİF tərəfindən aparılan müzakirələr barədə məlumat verilmiş və bu qurumun irəli sürdüyü təkliflərə RİTN tərəfindən ciddi yanaşılması xahiş olunub.   

 

AİF

www.cit.az
www.aif.az

 

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar