İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22.04.2014 [22:44]

Fontu böyüt:      

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi I qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilib.
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi I qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilib.
 
İKT sahəsi üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etdiyi sessiyada fondun ekspertləri tərəfindən zəruri məlumatlar iştirakçılara çatdırılıb.
 
Fondun icraçı direktorunun müavini Azər Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu, elan olunan ilk qrant müsabiqədir:
 
“Ölkəmizdə çox gənc vardır ki, onların maraqlı ideyaları var, lakin maliyyə vəsaitlərinə ehtiyac duyurlar. Bu müsabiqədə iştirak etməklə, gənclər öz gələcəklərinə investisiya yatırırlar. Ümumiyyətlə, bu, Azərbaycanda ilk təcrübədir ki, sahibkarlara qrant verilir. Qeyd edim ki, layihələr üzrə qrantlar 3 qrupa bölünür. Kiçik qrantlar 10 000-dən 100 000, orta qrantlar 100 000-dən 200 000-ə, böyük qrantlar isə 200 000-dən 300 000 manatdan ibarətdir. Kiçik və orta qrantlar 24 ay, böyük qrantlar isə 36 aya qədər icra olunmalıdırlar”.
 
 
A.Bayramov əlavə edib ki, layihələr təqdim olunduqdan sonra fondda ilkin ekspertiza olacaq. Bundan sonra fond müstəqil ekspertlərlə imzaladığı müqavilələrə əsasən, onları bu qiymətləndirmə prosesinə cəlb edəcək: “Qiymətləndirmə prosesi maksimum şəffaf və obyektiv şəkildə həyata keçiriləcək. Mütəxəssislərin rəyi əsasında seçilən layihələr Fondun Müşahidə Şurasına təqdim olunacaq. Artıq burada hansı layihələrin uğur qazandığı müəyyən olunacaq”. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar