Aprelin 24-də Minskdə (Belarus) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə Belarus-Azərbaycan biznes forumu keçirilir.
Aprelin 24-də Minskdə (Belarus) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə Belarus-Azərbaycan biznes forumu keçirilir.
Forumun keçirilməsində məqsəd ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişafı, iki ölkənin rabitə və İKT sahəsindəki dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, onların İT potensialının nümayiş olunması, eləcə də məhsul və xidmətlərin ixracı üçün imkan və şəraitin yaradılması, işgüzar görüş və danışıqların aparılması, təcrübə mübadiləsi və tərəfdaşlıq əlaqələrinin qurulmasıdır.
Forum iştirakçıları İKT, kosmik və nanotexnologiyalar sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edəcək, elmi-texniki işləmələrin bazara çıxarılması, elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Tədbirdə Azərbaycan və Belarusun dövlət qurumlarının, İKT sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarının, iki ölkənin İT-şirkətlərinin nümayəndələri iştirak edirlər.