21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2009-cu ilin 9 ayı ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 405 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 1070 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.
Onlardan 630 ədədi qeydiyyata salınıb , 167 ədədi möhürlənib, 253 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür, 20 ədədi isə istismara yararsız olduğu üçün silinib. İş planına uyğun olaraq, Respublika üzrə geniş şəbəkəyə malik Azərbaycan Dövlət Dəmir Yolu idarəsi, Dövlət Gömrük Komitəsi və Teleradio İstehsalat Birliyinin obyektlərində REV-nə texniki baxış keçirilib.
O cümlədən Bakı şəhəri üzrə ATS-lərin, rabitə qovşaqlarının binasının damında və ərazisində quraşdırılmış REV-nə texniki baxış keçirilib. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 121 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.