21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələrindən bəhs edən www.sumqait.com saytının təqdimatı keçirilib.
"Bu sayt yalançı erməni təbliğatının ifşası məqsədilə hazırlanıb. Ermənilər öz işğalçı siyasətinə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrindən istifadə edirdilər. Bu hadisələri onlar azərbaycanlılar tərəfindən təşkil olunan akt kimi təqdim
edirdilər", - Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov saytın təqdimatında bildirib.
Onun sözlərinə görə, bu hadisələrdən sonra ermənilər azərbaycanlıların onlara qarşı qəddarlığı və iki xalqın bir dövlət tərkibində yaşaya bilməməsi ideyasını irəli sürdülər.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, son vaxtlar ermənilər Sumqayıt hadisələrini ermənilərə qarşı soyqırım kimi irəli sürür və beynəlxalq qurumlara müraciət edirlər.
Qeyd edək ki, www.sumqait.com saytı Prezident Administrasiyası tərəfindən hazırlanıb. Sayt azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və 7 bölmədən ibarətdir. Saytda Sumqayıt hadisələrinin səbəbləri, bu hadisəni təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında məlumatlar verilir.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.