21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerika Birləşmiş Ştatlarında müdirlərin ictimai şəbəkələrlə nə dərəcədə ünsiyyətdə olması ilə bağlı maraqlı araşdırmalar aparılıb. Nəticələrə görə, ölkə daxilində olan Ofis rəhbərlərinin (Chief Executive Officer) böyük bir qisiminin Twitter, ya da Facebook kimi ictimai platformalarda qeydiyyatı yoxdur.
UberCEO.com saytı apardığı bu maraqlı və təəccüblü araşdırmanı keçən həftə ictimaiyyətlə paylaşıb. Məlumata görə, Fortune jurnalında iştirak edən şirkətlərin sıralamasında ilk 100-ə girən şirkətlərin rəhbərlərindən ikisinin Twitter hesabı var, Facebook hesabı əldə edən ofis rəhbərlərinin sayı isə 19-dur.
UberCEO.com saytının redaktorlarından biri olan Sharon Barclay bu araşdırmanın nəticələrini belə qiymətləndirib: “Bu onu göstərir ki, müdirlər müştəriləri ilə elə də çox maraqlanmırlar, onlarla soyuq münasibətdədirlər. Facebook və Twitter kimi ictimai platformalardan uzaq dayanan müdirlər, əslində müştərilərinə maraqsız görünən bir müdir imici təsiri bağışlayır”.